')

Bu gün:


FutbolPress.Az | "Məni indi də Azərbaycan millisinə çağırırlar" - Ayaz Quliyev

"Məni indi də Azərbaycan millisinə çağırırlar" - Ayaz Quliyev


oxunma sayı: 257 Paylaş:

FutbolPress"Anji"də oynayan azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiya mətbuatına müsahibə verib. Rusiyanın aşağı yaş millilərində çıxış etmiş 20 yaşlı yarımmüdafiəçi Azərbaycan yığmasında oynamaq barəsində danışıb.

Quliyev hazırda "Anji"nin heyətində Premyer Liqa matçlarına kökləndiyini bildirib:

"Azərbaycan millisində oynamaq üçün məni bir neçə dəfə dəvət ediblər. Hətta indi də çağırırlar. Mən hələ heç bir söz demirəm. Əsas fikrim "Anji"də daha çox oynamaqdı. Premyer Liqada oynayaraq inkişaf etmək istəyirəm. Daha sonra nələrin baş verəcəyini görəcəyik".

Ayaz müqavilə ilə Moskva "Spartak"ına məxsusdu.


oxunma sayı: 257 | Paylaş:




?>