')

Bu gün:


FutbolPress.Az | "1-2 hücumla da oyunun taleyini həll etmək olar" - Endi Hallidey

"1-2 hücumla da oyunun taleyini həll etmək olar" - Endi Hallidey


oxunma sayı: 314 Paylaş:

FutbolPress"Qəbələ"nin futbolçusu Endi Hallidey bu gün Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"la keçirəcəkləri oyun barədə fikirlərini bildirib.

Yunanıstan mətbuatəına danışan şotlandiyalı futbolçu səfərdən qələbə ilə qayıda biləcəklərini deyib:

"Panatinaikos" öz dəsti-xətti ilə seçilən komandadı. Rəqibin heyətində çox təhlükəli oyunçular var. Düşünürəm ki, biz rəqibdən heç də zəif deyilik. Özümüzə görə oyun tərzimiz, yaşı heyətimiz var. Fikrimcə, "Yagelloniya" ilə səfər matçındakı kimi oynasaq, Afinadan sərfəli nəticə ilə qayıda bilərik. Bunu etmək üçün hər şey öz əlimizdədir, qarşımızı kəsən yoxdur".

Oyunçu səfər matçında qol vurmağın önəmli olduğunu söyləyib: "Hesab edirəm ki, irəli çıxmaq üçün zamanımızı gözləməliyik. Bir-iki hücumla da oyunun taleyini həll etmək olar. Amma bütünlüklə müdafiə olunacağımızı zənn etmirəm. Əgər səfərdə qol vura bilsək, bizim üçün üstünlük olacaq. Belə olacağı təqdirdə cavab oyununda da rahatlıqla meydana çıxa bilərik".


oxunma sayı: 314 | Paylaş:




?>