')

Bu gün:


FutbolPress.Az | Elxan Məmədov "Qarabağ"ın fan-şopunda - FOTO

Elxan Məmədov "Qarabağ"ın fan-şopunda - FOTO


oxunma sayı: 145 Paylaş:

FutbolPressBu gün AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert "Qarabağ"ın yeni açılan fan-şopunu ziyarət edərək alış-veriş ediblər.

Məmmədov Ağdam klubunun rəsmi saytına yeni açılan fan-şop barədə fikirlərini bildirib:

"Qarabağ"ın fan-şopunun açılmasını görmək olduqca xoşdu. Məhsullarla yaxından tanış oldum. Sevindirici haldı ki, burada fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar da əldə edə bilər. Qiymətlər də çox uyğundu və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar olduqca gözəl və xoşa gələndi. İnanıram ki, axşam stadionda "Qarabağ" azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik. "Şerif"lə qarşılaşmada "Qarabağ"a uğurlar arzu edirəm".



oxunma sayı: 145 | Paylaş:




?>