Çiçarito yenidən Premyer Liqada
Paylaş:
Xavyer Ernandes yenidən İngiltərə Premyer Liqasında oynayacaq. O, "Vest Hem"də çıxış edəcək.
"Çəkicdöyənlər" meksikalı hücumçu ilə 3 illik müqavilə imzalayıblar. Bu transfer üçün "Vest Hem" oyunçunun son klubu "Bayer"ə 16 milyon funt-sterlinq ödəyib.
Çiçarito daha əvvəl də Premyer Liqada "Mançester Yunayted"in formasını geyinib.
| Paylaş: