İsrafilovdan məhsuldar ötürmə, "Kadis" uduzdu (VİDEO)
Paylaş:
Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi İspaniyanın "Kadis" klubu növbəti mövsümə hazırlığı davam etdirir. Komanda növbəti yoxlama opyununu keçirib.
Geridə qalan mövsümdə İspaniya Sequndasında çempion olaraq La Liqaya yüksələn "Levante" ilə qarşılaşan "Kadis" uduzub - 1:2.
Eddi də bu görüşün iştirakçısı olub. Fasilədən sonra meydana çıxan oyunçu komandanın son dəqiqələrdə vurduğu təsəlli qolunun məhsuldar ötürməsini edib.
İsrafilov bundan öncə keçirilən 2 yoxlama oyununda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
| Paylaş: