')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"dən qorxmuruq" - Osman Kulibali

"Qəbələ"dən qorxmuruq" - Osman Kulibali


oxunma sayı: 289 Paylaş:

FutbolPress"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos"un futbolçusu Osman Kulibali müsahibə verib. Yunanıstan mətbuatına danışan oyunçu qarşıda onları gözləyən matçlara tam hazır olduqlarını və mərhələ keçməyə güclərinin çatdığını bildirib:

"Bu oyunlara tam hazırıq. Belə matçlarda səhv etməməliyik. Biz “Qəbələ” ilə oyunların ciddiliyini dərk edirik. Ancaq komandamızın səviyyəsi növbəti mərhələyə adlamağa imkan verir. Mən çox nikbinəm və uğur qazanacağımıza inanıram".

Kulibali 2 il öncə "Panatinaikos"un heyətində olmasa da, həmin vaxt "Qəbələ"yə qarşı oyunlar barədə məlumatlı olduğunu deyib. Onun fikrincə iki il əvvəlki nəticənin budəfəki matçlara təsiri olmayacaq:

"Həmin oyunlar barədə məlumatlıyam. Bu, “Panatinaikos”un çətin dövrləri idi. Bir çox böyük klublarda belə ağır dönəmlər olub. “Qəbələ”yə qarşı iki il əvvəlki nəticənin budəfəki matçlara təsir edəcəyini düşünmürəm. Rəqibdən qorxmuruq. Növbəti mərhələyə adlamaq üçün lazım olan bütün hazırlığı keçmişik".


oxunma sayı: 289 | Paylaş:




?>