')

Bu gün:


FutbolPress.Az | Türklər "Sumqayıt"a 4 qol vurdular

Türklər "Sumqayıt"a 4 qol vurdular


oxunma sayı: 69 Paylaş:

FutbolPress2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.

Komanda Türkiyə Superliqası təmsilçisi “Sivasspor" klubu ilə üz-üzə gəlib. Bolu Termal Hotelinin stadionunda yerli saatla 18:00-da start götürən qarşılaşmada Samir Abasovun komandası 0:4 hesabı ilə məğlub olub.

1967-ci ildə əsası qoyulan “Sivasspor” 2016/17 mövsümünü TFF 1. Liqasını lider olaraq tamamlayıb və Superliqaya yüksəlib.

Yoxlama oyunu

"Sumqayıt" - "Sivasspor" 0:4
Qollar:
Leandro Barrios, 12. Qalip Güzel, 49. Mert Hakan Yandaş, 70. Serhat Mutlu, 84.


oxunma sayı: 69 | Paylaş:




?>