')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" Afinada hazırlığa başladı

"Qəbələ" Afinada hazırlığa başladı


oxunma sayı: 226 Paylaş:

FutbolPressUEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” səfərdəki ilk oyunun hazırlıqlarını davam etdirir. Polşanın “Yagelloniya” klubu ilə II təsnifat mərhələsinin cavab matçından sonra iki gün Varşavada məşq edən “qırmızı-qaralar” Afinaya yollanıb.

Dünən Yunanıstan paytaxtına çatan komanda “Hilton” otelində məskunlaşıb. “Qırmızı-qaralar” günün ikinci yarısında Afinada ilk məşqinə çıxıb. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda iştirak edə bilməyən Baqali Dabo artıq kollektiv çalışmalara qatılıb.

İyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatainaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


oxunma sayı: 226 | Paylaş:




?>