Dadaşov dubl etdi, yerlə göy bir oldu
Paylaş:
Almaniyanın "Dinamo" (Berlin) klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama matçını keçirib. Azərbaycanlı futbolçu Rüfət Dadaşovun formasını geyindiyi komanda "Herta" (Zelendorf) ilə qarşılaşıb.
Görüş hesab 6:0 Rüfətin komandasının xeyrinə olarkən dayandırılıb. Yaranan güclü fırtına səbəbindən hakim qarşılaşmanı 65-ci dəqiqədə saxlayıb.
Dadaşov bu görüşə start heyətdə başlayıb. O, 32 və 44-cü dəqiqələrdə fərqlənərək dubla imza atıb
| Paylaş: