')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" yenə uduzdu

"Kəpəz" yenə uduzdu


oxunma sayı: 219 Paylaş:

FutbolPressTürkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununu keçirib. Komanda qonşu ölkənin I Liqa təmsilçisi olan “Ankaragücü” ilə qarşılaşıb.

Oyun rəqib kollektivin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Nizami yurdunun təmsilçisi hər iki qolu ilk yarıda buraxıb.

Bu matç “sarı-göylər”in Ərzurumda ikinci sınaq matçı olub. Əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu.

“Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.


oxunma sayı: 219 | Paylaş:




?>