')

Bu gün:


FutbolPress.Az | "Bizi iki çətin oyun gözləyir" - "Şerif"in futbolçusu

"Bizi iki çətin oyun gözləyir" - "Şerif"in futbolçusu


oxunma sayı: 167 Paylaş:

FutbolPress"Hər iki qarşılaşma ağır keçdi. Mərhələni əzmkar komanda şəklində adladıq".

Bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Moldovanın "Şerif" klubunun qapıçısı Zvonimir Mikuliç deyib.

Tiraspol təmsilçisi bu gün Moldova çempionatının 3-cü turunda “Zimbru”nu qəbul edəcək. Qarşılaşma öncəsi klubun saytına danışan xorvatiyalı qolkiper bu matçın önəmindən bəhs edib: "Həm ölkə çempionatında, həm də Çempionlar Liqasında oyunlarımız var. Bu qrafik artıq bizim üçün adiləşib. Hər şeyi unutmalı və "Qarabağ"la oyuna köklənməliyik. Bizi çətin iki oyun gözləyir".

"Qarabağ"la "Şerif" arasında ilk oyun iyulun 25-i Bakıda, saat 21:00-da keçiriləcək.


oxunma sayı: 167 | Paylaş:




?>