')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın darmadağınını görən hakim

"Qarabağ"ın darmadağınını görən hakim


oxunma sayı: 189 Paylaş:

FutbolPressÇempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” oyununu idarə edəcək belaruslu Sergey Sinkeviç indiyə kimi 3 dəfə təmsilçilərimizin oyunlarını idarə edib.

Bu matçlardan biri Ağdam klubunun oyununa təsadüf edib. O, 2014-cü ildə ÇL-in II təsnifat mərhələsində "süvarilər"in evdə Malta “Valetta”sını darmadağın (4:0) etdiyi matçda fit çalıb. Bu görüşdə belaruslu hakim "Qarabağ"ı 1, rəqibi isə 4 sarı və 1 qırmızı ilə cəzalandırıb.

Sinkeviçin bir dəfə də "Neftçi"nin oyununda fit çalıb. Paytaxt klubunun keçən il Avropa Liqasında Makedoniya “Şkendiya”sı ilə 0:0 hesabı ilə yekunlaşan oyununda o, "ağ-qaralar"ı 1, rəqibin 2 futbolçusuna sarı vərəqə göstərib.

Belaruslu referi bu mövsüm də Azərbaycan klublarının oyununa təyinat almağa imkan tapıb. O, "Zirə" səfərdə "Astra" (3:1) ilə oyununda ədalət təmsilçisi olub. Sinkeviç rumınların 1, təmsilçimizin isə 2 futbolçusunu sarı vərəqə ilə cəzalandıb.


oxunma sayı: 189 | Paylaş:




?>