')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" Varşavada hazırlığa başladı

"Qəbələ" Varşavada hazırlığa başladı


oxunma sayı: 273 Paylaş:

FutbolPressUEFA Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb.

II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib. İyulun 21-də Belostokdan paytaxta yollanan komanda hazırlığını Varşavada gerçəkləşdirib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib.

“Qəbələ” bu gün baş tutacaq növbəti məşqini də Varşavada gerçəkləşdirəcək. Komandamız sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də baş tutacaq oyunun hazırlıqlarını Afinada davam etdirəcək.

“Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


oxunma sayı: 273 | Paylaş:




?>