Əliyar Ağayev yenə ÇL oyununda
Paylaş:
UEFA azərbaycanlı FIFA referisi Əliyar Ağayevə daha bir oyun tapşırıb. O, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində iyulun 25-də keçiriləcək “Styaua” (Rumıniya) - “Viktoriya” (Çexiya) oyununu idarə edəcək.
Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Əliyar Ağayev ÇL-in II təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Rusenborq" (Norveç) - "Dandalk" (İrlandiya) matçını da idarə etmişdi.
| Paylaş: