')

Bu gün:


FutbolPress.Az | Bizim günümüz...

Bizim günümüz...


oxunma sayı: 761 Paylaş:

FutbolPress22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bəlkə də ölkədə öz anlamından ən uzaq qeyd olunan bir gündü. Bir-iki həftə əvvəldən başlanan təbrikləşmə-məbrikləşmənin nə məntiqi olur, nə anlamı. 

Prezident bu gün münasibətiylə jurnalistlərə ev hədiyyə eləyir. Absurdistan. Haşiyə mütləqdir: ev verilənlər içində haqqı çatan bla bla bla da yəni. Bu haqda mövqeyimiz bəllidir. 

Məsələ budur ki, ev verilənlər ilk binada 155, ikincidəysə 255 idi. Növbəti binanın təməlinin atılmasına da göstəriş verilib. Göstərişin biri də daha binalar arasındakı zaman məsafəsinin DÇ, AÇ-lər kimi, 4 il yox, 3 il olması olub.

Pakizə!

Ancaq pakizə olmayan bir məqam odu ki, 155+255=410. Üstəgəl növbəti binanın da 255 mənzilli olacağı haqda rəsmi xəbər. O da bərabər eləyir 665. Aha. Ölkədə 665 jurnalistin mənzilə ehtiyacı varmış. Bu pisdi. OK, deyilir ki, bu, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılmasına bla bla bla...

Yenə də düz gəlmir. Mənzil şəraiti pis olan nə qədər jurnalist var imiş. 665 ee.. Bu qədər jurnalist var ki heç?

Ümumiyyətlə, məzmununa  heç dəxli olmayan yazı girişləri də bir bəladır. Keçim əsas məsələyə.

Deməli, bu mənzillər ha ha... Deməli, bugünlərdə Ernest Heminqueyi yenidən oxuyuram. Adamın avtobioqrafiyası bütün Azərbaycan mediasını bulağa susuz aparıb o cür də gətirər. Ancaq di gəl ki, Milli Mətbuat Günü heç Həsən Bəy Zərdabinin dərc elədiyi qəzetin adını bilməyənlərçün moddadı. Ən faydalanan qövm onlardı.

Bizim media Milli Mətbuat Günü әrәfәlәrindә əməlli-başlı örüşü xatırladır. 

Şəxsən qohumlardan, dostlardan, "oee təbrik! haçan yuyax hehəhahi" tipli təbriklər aldım. Bax, ölkədə mediaya münasibət, jurnalistə yanaşma budu.

OK, ətrafın münasibəti belə, özümüz də özümüzə qarşı elə... Biz niyə beləyik bəs?

Ona görə ki, biz jurnalistikayla məşğul deyilik. Qəzetimiz satışdan formalaşan büdcəyə malik deyil, elektron KİV-miz qanunsuz fəaliyyət göstərir, TV-miz də öz imkanlarıyla dolana bilməz.  Ona görə də oğruluq eləyən məmurçün xalqı talamaq medianı satın almaqdan keçir. Bazar qanunlarının hökmranlıq elədiyi mühitə dəlixana deyərlər. Dəli üçün də hər gün bayramdı. Bayramımıza ki...

P.S. Yazıda adı keçən Heminquey və Zərdabinin ruhundan üzr istəyirəm.


oxunma sayı: 761 | Paylaş:




?>