"İlk oyunda 1:3 uduzmasaydıq..." - Rəşad Sadiqov
Paylaş:
"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq, mübarizəni dayandırıb - 1:3, 0:0. Matçdan sonra "Zirə"nin hücumçusu Riçard Qadze qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
“Astra” yaxşı komanda idi. Səfərdə 1:3 hesabı ilə uduzmasaydıq, başqa cür oynaya bilərdik. Rəqib daha təcrübəliydi. Hava da bir tərəfdən çox isti idi, bürkülü hava adamı boğurdu".
- İlk hissədə qol vura bilsəydiz, fərqli oyun olacaqdı?
- Riçard Qadze ilk dəqiqələrdə qazandığı şansı dəyərləndirsəydi, fərqli futbol olacaqdı.
- Rəhbərlik və baş məşqçi bu nəticəyə görə nə dedi?
- Rəhbərlik bizi təbrik etdi. Turniri başıuca tərk etdiyimiz üçün bizə təşəkkür etdilər.
- Fasilədən sonra ilk hissədəki kimi oynamadınız...
- Hava çox isti idi. Qıraqda dayananda belə adam tərləyirdi. Qaçanda nəfəs almaq olmurdu. Heç rəqib də nəsə edə bilmirdi. Bu üzdən oyunun tempi də düşürdü.
- “Astra” Avropa Liqasının qrupunda oynamış klubdu. Amma vaxtı bu şəkildə uzatmaq onlara yaraşır?
- Bu da “Zirə”nin oyunu ilə əlaqədar idi. Biz daha yaxşı oynadıq. Onlar da belə etdi.
- “Zirə” bugünkü oyunu ilə sübut etdi ki, rəqibindən zəif deyildi. Komandada nə çatmadı?
- İlk oyunda uşaq səhvlərdən qollar buraxdıq. Qeyri-adi nəsə edib bizə 3 qol vurmadılar. Sandart vəziyyətlərdən qollar buraxdıq.
- Avropa Liqası “Zirə”yə nə qazandırdı?
- Təcrübə və ölkəmizə reytinq xalları qazandırdıq. Gələcəkdə işimiz daha rahat olacaq.
| Paylaş: