')

Bu gün:


FutbolPress.Az | "Komandamız bu gün ən yaxşısını bacardı"  - Qriqorçuk

"Komandamız bu gün ən yaxşısını bacardı"  - Qriqorçuk


oxunma sayı: 293 Paylaş:

FutbolPressAvropa Liqasının II mərhələsindən mübarizəyə qoşulan "Qəbələ" ilk oyunda bərabərə qaldığı Polşanın "Yagelloniya" klubunu səfərdə 2 cavabsız qola yenib adını növbəti mərhələyə yazdırdı. Belastokdakı oyunsonrası mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk  bunları deyib:

Oyunun çətin olacağını düşünürdük və bunu ilk oyundan sonra da bildirmişdim. Ancaq komandamız bu gün ən yaxşısını bacardı. Bu mübarizəyə, belə əzmkarlığa, ümumiyyətlə, bugünkü oyuna və nəticəyə görə uşaqlara sonsuz təşəkkürümü bildirirəm, onları çox sevirəm.
Bu gün meydanda yaxşı olan tərəf biz idik və istədiyimizi gerçəkləşdirməyi bacardıq. Rəqinb haqda isə onu deyə bilərəm ki, çox yaxşı komandadır və gələcəyi haqda daha böyük ümidlər vəd edir. 

- Növbəti mərhələ haqda fikirləriniz?

- Elə sabahdan növbəti mərhələ üçün hazırlıqlara başlayacağıq. Rəqib ənənəsi olan Yunanıstan futbolunun nəhəng adlarındandı. Çox ciddi rəqibdi. Əvvəlcədən nəsə deməyə tələsməyək. Hər şey diqqətli hazırlıqdan, motivasiyadan asılı olacaq. Ümidvaram ki, budəfəki kimi, yenə uğurlu olacağıq.


oxunma sayı: 293 | Paylaş:




?>