')

Bu gün:


FutbolPress.Az | Edvard Yordanesku: "İlk oyunda da "Zirə" vaxt uzadırdı"

Edvard Yordanesku: "İlk oyunda da "Zirə" vaxt uzadırdı"


oxunma sayı: 221 Paylaş:

FutbolPressAvropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Zirə” – “Astra” (0:0, ilk görüş – 3:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Edvard Yirdanesku jurnalistlərin suallarını cavablandırdı.

Rumıniyalı çalışdırıcı əvvəlcə oyun barədə fikirlərini bildirdi:

"Oyunçularımı təbrik edirəm. Dünən də qeyd etdiyim kimi, oyun çətin oldu. "Zirə" ilk hissədə hücum planında daha güclü idi. Oyunçularımı buna hazırlamışdım. Bundan sonra növbəti mərhələ ilə bağlı düşünə bilərik. Mərhələ keçdiyimiz üçün şadam. Qapımızda qol görmədiyimizə görə də sevinirım. Bir şeyə görə məyusam ki, bəzi epizodlardan istifadə edə bilmədik. Əks-hücumlardan yararlanmaq lazım idi. Bu heyət gəncdi, 5-6 həftənin komandasıyıq. Yeni adaptasiya olmağa başlayırıq. Buna görə çoxlu səhvlərimiz oldu. "Zirə"ni də təbeik edirəm. Onlar vuruşdular. Ümid edirəm ki, bir gün Azərbaycan komandaları ilə yenə oynayaram. Şəhəriniz çox gözəldi. "

- Oyunçuların tez-tez simulasiya etməyi xüsusi tapşırıq idi, ya həmişə belə edirsiz?
- Bu futbol matçlarında olur. İlk oyunda da hesab 1:1 olanda "Zirə"nin imkanları olurdu, ancaq onlar da vaxtı uzadırdılar və simulasiyaya yol verirdilər. Futbolda belə şeylər olur. Bu strategiyadı və bütün komandalar bundan istifadə edir. 

- "Zİrə"nin hansı futbolçularını bəyəndiniz?
- Mən rəqib komandalarının futbolçuları haqda danışmağı sevmirəm. Çünki bu, mənim işim deyil, rəqib komandanın baş məşqçisinin işidi. "Zirə"nin heyətində yaxşı futbolçularvar. Onlar istənilən anda fərq yarada bilərlər.

- Hakimlik barədə nə deyə bilərsiz?
- Düşünürəm ki, hakimlik normal idi. Oyunda böyük fərq yaratmadı. Ədalətli oyun oldu. Onları da başa düşmək lazımdı. Müəyyən təzyiqlər olurdu.




oxunma sayı: 221 | Paylaş:




?>