')

Bu gün:


FutbolPress.Az | "İnter"lə "Zirə" dayandı, "Qəbələ" növbəti mərhələdə  (YENİLƏNİB)

"İnter"lə "Zirə" dayandı, "Qəbələ" növbəti mərhələdə (YENİLƏNİB)


oxunma sayı: 364 Paylaş:

FutbolPressBu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanı bu turnirdə təmsil edən "Zirə", "İnter" və "Qəbələ" də meydana çıxıblar. 3 komandadan yalnız 1-i evdə oynayıb.

"Zirə" Rumıniya "Astra"sını qəbul edib. İlk oyunda 1:3 məğlub olan Ayxan Abbasovun komandası "Dalğa Arena"da bu geriliyi aradan qaldıra bilməyib. Qeydə alınan 0:0 hesabı  "Astra"nı növbəti mərhələyə daşıyıb.

"İnter" Lüksemburqda "Fola"nn qonağı olub. Bakı təmsilçisi ilk matçdakı minimal hesablı (1:0) üstünlüyü qoruya bilməyib. 1:4 hesabı ilə uduzan Bakı klubu mübarizəni dayandırıb.

"Qəbələ" isə Polşada "Yagelloniya" ilə üz-üzə gəlib. Bir həftə əvvəl Bakıda 1:1 heç-heçə edən "qırmızı-qaralar" səfərdə sərfəli nəticə qazanıb. Roman Qriqorçukun komandası 2:0 hesabı ilə qalib gələrək, III təsnifat mərhələsinə yüksəlib.

Avropa Liqası, II təsnifat mərhələsi
Cavab görüşləri


21:00. "Zirə" (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya) 0:0
Baş hakim: Georgi Vadaçkoriya
Bakı, "Dalğa Arena"
İlk oyun - 1:3

“Zirə”: 1. Anar Nəzirov, 3. Jozef Bum, 6. Rəşad Sadiqov, 8. Milan Dyuriç, 9. David Manqa, 10. Kervens Belfort, 11. Viktor İqbokoye, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Orxan Əliyev, 13. Aleksandr Şemonyayev, 39. Sadiq Quliyev, 99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
 
“Astra”: 23. Plemen İlyev, 4. Markus Vidal, 7. Klaudio Belu Yordaçe, 10. Aleksandru Yonita, 17. Viorel Nikoara, 21. Eriko, 24. Flip Mrjyak, 25. Pyotr Polçşak, 30. Aleksandru Dandea, 77. Aleksandru Stan, 92. Remus Boqdan Çipirliu
Ehtiyat oyunçular: 1. David Lazar, 6. Florin Bejan, 9. Antoni Le Tallek, 20. Robert Valseanu, 71. Andrey Pitian, 95. Romario Moise, 96. Silvio Balauri
Baş məşqçi: Eduard Yordanesku

21:30. "Fola" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan) 4:1
Qollar:
Samir Hadji, 20, Enis Saiti, 31, Tom Laterza, 59, Sedrik Sakres, 90 - Pərdis Fərcad-Azad, 70

Baş hakim: Donatas Rumsas
Eş sür-alzett, "Emil Mayriş" stadionu
İlk oyun - 0:1

“Fola”: 1. Tomas Him, 8. Veldin Muharremoviç, 10. Yakob Dallevedove, 15. Samir Haci, 20. Miçel Beçold, 22. Enis Saiti, 23. Tomas Lazerta, 24. Mehdi Kirç, 28. Yulian Klayn (k), 44. Peter Xrappan, 92. Ken Koral
Ehtiyat oyunçular: 33. Emmanuel Kabral, 6. Billi Bernard, 9. Kristof Martin-Suarez, 11. Korentin Koçur, 14. Sedrik Sakras, 19. Cerard Merş, 27. Stefano Bensi
Baş məşqçi: Ceff Ştrasser
 
“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad, 19. Mirhüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev
Baş məşqçi: Zaur Svanadze

22:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) 0:1
Qol: İlqar Qurbanov, 18, Filip Ozobiç, 89

Baş hakim: Konstantin Sebastian Koltesku
Belostok, "Miejski" stadionu
İlk oyun - 1:1

“Yagelloniya”: 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib
Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 26. Martin Pospisil, 28. Karol Sviderski, 44. Lukaş Sekulski
Baş məşqçi: İreniuş Mamrot

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk


oxunma sayı: 364 | Paylaş:




?>