')

Bu gün:


FutbolPress.Az | Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi


oxunma sayı: 552 Paylaş:

FutbolPressÇempionlar Liqasının dünən keçirilən II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. Cədvəldə bəzi dəyişikliklər baş verib.

Azərbaycan siyahıda bir pillə geriləyib. Bir gün əvvəl "Qarabağ”"n Gürcüstanda "Samtredia"nı (1:0) məğlub etməsiylə 21-ci pilləyə yüksələn ölkəmiz yenidən 22-ci sıraya dönüb.

Buna Kiprin irəliləməsi səbəb olub. APOEL-in Lüksemburqda "Düdelanj"a 1:0 hesabı ilə qalib gəlməsi bu ölkəni 21-ci pilləyə qaytarıb.

Hazırda Kiprin aktivində 16,675, Azərbaycanda isə 16,625 xal var.


oxunma sayı: 552 | Paylaş:




?>