')

Bu gün:


FutbolPress.Az |  Edvard Yordanesku: "İlk oyundakı 3:1 hesabı növbəti mərhələyə təminat vermir"

 Edvard Yordanesku: "İlk oyundakı 3:1 hesabı növbəti mərhələyə təminat vermir"


oxunma sayı: 272 Paylaş:

FutbolPressSabah Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Zirə” Rumıniyanın “Astra” klubunu qəbul edəcək.

Bu gün komandaların baş məşqçilərinin oyunöncəsi mətbuat konfransı keçirilib. Öncə jurnalistlər qarşısına çıxan “Astra”nın çalışdırıcısı Edvard Yordanesku sabahkı oyun haqqında fikirlərini bidirərək, sualları cavablandırıb:

"Məşqlərimizi davam etdiririk. Bütün fikrimizi qalib gəlib növbəti mərhələyə yüksəlməyə yönəltmişik. Baxmayaraq ki, ilk oyunda 3:1 hesabı ilə qalib gəlmişik, ancaq yenə də qələbə haqda düşünürük. İlk oyunda daha yaxşı oynayıb, cütün taleyini həll edə bilərdik. 3:1 hesablı qələbə bizim növbəti mərhələyə yüksələcəyimizə zəmanət vermir. “Zirə”nin “Differdanj”la oyununu izləmişəm və görmüşəm ki, komanda ev oyunlarda daha yaxşı oynayır. Sadə, aqressiv oynayaraq, daha çox qol imkanları yaratmağa çalışır. Yayda komandamızdan 16 futbolçu gedib. Çoxlu gənc, hələ uyğunlaşa bilməyən futbolçularımız var".

- İlk oyunda 3:1 hesabı ilə qalib gələn “Astra” sabah müdafiədən oynayacaq, yoxsa açıq futbol göstərəcək?
- Bunu yəqin ki, sabah görəcəksiniz. Hələlik bu haqda danışmaq istəmirəm. Müdafiədə oturmaqdansa, hücumameyilli oyuna üstünlük verirəm. Ümid edirəm ki, sabah da belə olacaq. Təbii ki, 2 qolun üstünlüyünü qorumaq üçün müdafiədə də diqqətli olmalıyıq.

- Hakimlər briqadası Gürcüstandandır. Bunun sizin oyununa təsiri olacağını düşünürsünüzmü?
- Bu təyinatları məntiqli sayıram. Buna UEFA qərar verir. Belə turnirdə hakimlərin ədalətsizliyindən söhbət gedə bilməz.

- “Zirə”ni komanda şəkilində izah etdiniz. Bəs, heyətdə ən təhlükəli futbolçu kimi hesab edirsiz?
- Hər zaman komandama rəqibin həm zəif, həm də güclü nöqtələrini çatdırmağa çalışıram. Oyunçulara bu məqamları izah etmişik və sabah bundan istifadə edəcəyik. Meydanda öz oyunumuzu sərgiləcəyik. “Zirə”nin heyətində hücumameyilli Belfort, Manqa, Orxan Əliyev və Qadzeni xüsusilə vurğulayardım. Onlar hər zaman oyunun taleyini dəyişəcək futbolçulardı.


oxunma sayı: 272 | Paylaş:




?>