')

Bu gün:


FutbolPress.Az |  "Qəbələ"yə qarşı nəzarəti əldən vermək olmaz" - "Yagelloniya"nın futbolçusu

 "Qəbələ"yə qarşı nəzarəti əldən vermək olmaz" - "Yagelloniya"nın futbolçusu


oxunma sayı: 344 Paylaş:

FutbolPressAvropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Qəbələ"ni qəbul edəcək Polşa "Yagelloniya"sının futbolçusu Lukaş Burliqa açıqlama verib.

O, ilk görüşdəki nəticənin davamını gətirmək və daha güclü olduqlarını sübut etmək niyətində olduqlarını deyib:

"Azərbaycanda qazandığımız nəticə çox yaxşıdı. Amma hələ cavab oyunu var. Doğma meydanda göstərməliyik ki, biz daha güclüyük. Məncə, qələbə qazanaraq növbəti mərhələyə yüksələcəyik”.

29 yaşlı müdafiəçi "Qəbələ"nin güclü tərəflərindən də danışıb:

"Onlar öz meydanlarında qələbə qazanmaq istəyirdilər. İndi isə oyun sıfırdan başlayacaq. Bilirik ki, bu görüşə çox ciddi hazırlaşıblar. Ancaq düşünmürəm ki, rəqib Bakıdakı matçın ikinci hissəsindəki kimi açıq futbol oyanayacaq. İlk oyunda rəqibin əks-hücumlarda təhlükəli olduğunu gördük. Onlar bir neçə epizodda qola yaxın oldular. “Qəbələ”nin texnikalı və çox sürətli futbolçuları var. Buna görə də sona qədər diqqətli olmalıyıq. Onlara qarşı nəzarəti əldən vermək olmaz".


oxunma sayı: 344 | Paylaş:




?>