')

Bu gün:


FutbolPress.Az | "Samtredia"nın kapitanı: "Bəxtimiz gətirmədi"

"Samtredia"nın kapitanı: "Bəxtimiz gətirmədi"


oxunma sayı: 83 Paylaş:

FutbolPressGürcüstanın "Samtredia" klubunun kapitanı Georgi Datunaişvili  Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a 0:1 uduzduqları oyundan sonra fikirlərini bildirib.

O, Azərbaycan klubunun daha güclü olduğunu etiraf edib:

"Təəssüf ki, bu gün məğlub olduq. Azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Ola bilsin, bəxtimiz də gətirmədi. Oyunun əvvəllərində bizim lehimizə penalti təyin olunsaydı, oyun başqa cür davam edə bilərdi. Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, "Qarabağ" bizdən güclüdü və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm".


oxunma sayı: 83 | Paylaş:




?>