')

Bu gün:


FutbolPress.Az | "Rəqibi kiçiltməyin bizə xeyri dəyməz" - Əmrah Çəlikəl

"Rəqibi kiçiltməyin bizə xeyri dəyməz" - Əmrah Çəlikəl


oxunma sayı: 227 Paylaş:

FutbolPress"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində də “Samtredia”nı məğlub etdi - 1:0. İlk oyunda 5:0 üstün olan "süvarilər" III mərhələyə yüksəldilər. 

Matçdan sonra Ağdam klubunun baş direktoru jurnalistlərin suallarını cavablandırdı:

"Hər birinizi görməyimə şadam. 1:0 hesablı qələbəni gözəl nəticə hesab edirəm. Vətənə xoş əhval-ruhiyyə ilə qayıdırıq. Növbəti mərhələdəki rəqibimiz sabah bilinəcək".

-    Rəqibin “Şerif” və ya “Kukesi” olmasının sizin üçün fərqi var?
-    Oynamamaq kimi şansımız yoxdu. Kim keçsə, onunla da oynayacağıq. İndi hər kəs “Şerif”i daha şanslı sayır. Çünki ilk oyunda 1:0 qalib gəliblər. Ancaq qarşıda daha bir 90 dəqiqə var. İndidən proqnoz vermək doğru olmaz.

-    Növbəti mərhələ üçün püşkün “Qarabağ”ın üzünə gülməsi fikri ilə razısınız?
-    Yox, bu fikrə qatılmıram. Bu, Çempionlar Liqasıdı. Biz öz ölkəsində çempion olmuş komandalarla qarşılaşırıq. Bu turnirdə zəif rəqib olmur. Çünki ölkə çempionu olan komanda bəlli bir gücə sahibdir. Heç bir rəqibi kiçiltmək olmaz. Bunun bizə faydası dəyməz. Bu yöndə siz – jurnalistlərdən də dəstək gözləyirəm. Rəqibi kiçildib, zəif adlandırdıqda, motivasiya da azalır. Bu da bizim işimizə zərər göstərər.

-    “Viktoriya” və “Seltik”ə baxdıqda, potensial rəqiblər daha münasib görünür...
-    Bu fakt bizi ancaq sevindirə bilər. Amma hər oyuna maksimal konsentrasiya ilə çıxmalıyıq.

-    Nikaraqua yığmasının kapitanının “Qarabağ”a keçəcəyi barədə söhbətlər gəzir...
-    Hazırda heç bir danışıq aparmırıq və Nikaraqua yığmasının kapitanı da gündəmimizdə deyil.

-    Yeni transferləriniz start heyətində çıxdılar. Bəyəndiniz?
-    Əsas Qurban müəllimin fikirləridi. Düşünürəm ki, bəyənər.

-    Qeyd etdiniz ki, yeni futbolçularla danışıq aparmırsınız. Bəs, əvvəldən başladıqlarınız necə?
-    Həmin danışıqlarımız davam edir. Ancaq konkret nəticə verməyincə, nələrisə söyləməyim düzgün olmaz.

-    Rəşad Sadıqovun yeri çoxmu görünürdü?
-    Bir azarkeş kimi meydançada gözüm daim Rəşadı axtarır.


oxunma sayı: 227 | Paylaş:




?>