')

Bu gün:


FutbolPress.Az | Georgi Tsetsadze: "Qarabağ" kimi güclü komandaya qarşı oynamağa hazır deyilik"

Georgi Tsetsadze: "Qarabağ" kimi güclü komandaya qarşı oynamağa hazır deyilik"


oxunma sayı: 672 Paylaş:

FutbolPressÇempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda da “Qarabağ”a uduzaraq (0:1), yarışda mübarizəni dayandıran Gürcüstan “Samtredia”sının baş məşqçisi Georgi Tsetsadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı:

- Komandanızın bugünkü oyununu bəyəndiz?
- Xeyr, komandamın bugünkü oyunu məni təmin etmədi.

- “Samtredia” “Qarabağ”a çatmaq üçün neçə il məşq eləməlidi?
- Bu, yalnız zamanla əlaqəli məsələ deyil.

- Son zamanlar Gürcüstan futbolunun böhran içində olduğu deyilir...
- Gürcüstan futboluna biz özümüz diqqət yetirəcəyik. Məncə, siz özünüz də vəziyyətin düzəlməsinə sevinəcəksiz.

- Siz hər iki oyunda məğlub olduz. Hansı səhvlərin olduğunu deyə bilərsiz?
- Bu gün klubumuzun məğlubiyyətinə sevinən hamını təbrik edirəm. Həm Azərbaycanda, həm də Gürcüstanda buna sevinənlər var. Hər iki oyunda səhvlərimiz oldu. Qol vura bilməməyimiz mənfi tərəfdi. Hazırda “Qarabağ” kimi güclü komanda ilə oynamağa hazır deyilik.

- İkinci hissədə komandanız daha yaxşı göründü...
- Hər iki komanda yaxşı məşq elədi. Bugünkü matçın belə alınması ilk oyunda qeydə alınan 0:5 hesablı məğlubiyyətlə bağlı oldu.

- “Qəbələ”yə 2:6 uduzmuşduz, “Qarabağ”a isə 0:6. Rəhbərlik tərəfindən göndərilsəz, buna necə reaksiya göstərəcəksiz?
- Azərbaycan jurnalistlərini və Azərbaycan xalqını təbrik edirəm. Futbolda hər şey olur. Bu gün qələbə sizinlə idisə, sabah bizimlə ola bilər. Futbol dəyişir və nəticələr zamanla fərqli ola bilər.

- Azərbaycan və Gürcüstan futbolu haqda danışmaq çox uzun oları. Sadəcə hər iki ölkədə legionerlərin klublarda çıxışı barədə fikirləriniz maraqlıdı.
- Bu daha çox maliyyə məsələlərilə bağlıdı. Əgər futbolumuzda maddi vəziyyət yaxşı olsa, heç legionerlərə ehtiyac da qalmazdı. Bu gün ölkə xaricində çoxlu gürcü futbolçular çıxış edir. Yaxşı imkanımız olsa, onları gətirə bilərdik. Hazırda Gürcüstan futbolunun ciddi böhranda olduğu göz önündədi.

- Bugünkü maliyyə vəziyyətilə komandanızı “Qarabağ” səviyyəsinə çatdıra bilərsizmi?
- Əlbəttə ki, maliyyə klubun vəziyyətinə və oyununa təsir edə bilər. Dəfələrlə varlı klub, kasıb klub ayrımını vurğulamaq düzgün olmaz. “Qarabağ” təkcə maliyyə məsələlərinə görə uğur qazanmır. Komandanın yaxşı məşqçisi və çox yaxşı azərbaycanlı oyunçuları var. "Qarabağ"a təşəkkür edirəm ki, bu oyunlarla bizə yaxşı stimul oldular.



oxunma sayı: 672 | Paylaş:




?>