')

Bu gün:


FutbolPress.Az | "Samtredia" ilə oyunöncəsi qalmaqal: gürcülər bayrağımızı oğurladılar

"Samtredia" ilə oyunöncəsi qalmaqal: gürcülər bayrağımızı oğurladılar


oxunma sayı: 478 Paylaş:

FutbolPressUEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində az sonra baş tutacaq “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında ara qarışıb.

Yerli azarkeşlərlə azərbaycanlı fanatlar arasında qalmaqal baş verib. “Samtredia”nın 20-ə yaxın azarkeşi azsaylı “Qarabağ” fanatları üzərinə hücum edib. Qalmaqal əsnasında əlbəyaxa dava düşüb. Yerli fanatlar azərbaycanlı azarkeşlərin bayrağını əlindən alaraq, qaçıblar.

Hadisədən sonra həmyerlilərimiz stadionun önündə olan polis işçilərinə müraciət ediblər. Asayiş keşikçiləri Azərbaycan bayrağını oğurlayanları yaxın zamanlarda tapacaqlarına və bayrağın qaytarılacağına dair söz veriblər.


oxunma sayı: 478 | Paylaş:




?>