"Samtredia"nın kapitanı: "Cütün taleyi həll olunub"
Paylaş:
"Samtredianın kapitanı Georgi Datunaşvili bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab görüşü barədə fikirlərini bildirib.
Təcvrübəli müdafiəçi cütün taleyinin böyük ölçüdə həll olunduğunu deyib:
"İlk oyunda 0:5 hesabı ilə məğlub olduq. Cütün taleyi demək olar ki, həll olunub. Amma çalışacağıq ki, azarkeşlərimizi sevindirək".
Datunaşvili ötən mövsüm "Qəbələ" ilə keçirilən oyunları yada salaraq ev oyununda qələbəyə ümid etdiyini söyləyib:
"Bu mövsüm hələ ki, heç bir Gürcüstan klubu avrokuboklarda qalib gələ bilməyib. Biz bunu həyata keçirmək istəyirik. Ötən mövsüm "Qəbələ"yə uduzsaq da, sonradan öz meydanımızda qalib gələ bilmişdik. Çalışacağıq ki, bu dəfə də bunu bacaraq. Azarkeşlərə təşəkkür etmək istəyirəm, onların dəstəyi ilə qələbə qazana bilərik".
| Paylaş: