"Qəbələ" Polşaya getdi
Paylaş:
Avropa Liqasının II mərhələsinin cavab oyununda "Yagelloniya" ilə qarşılaşacaq "Qəbələ" Polşaya yollanıb.
"Qırmızı-qaralar" ötən gecə saat 2-də Bakı-Kiyev-Varşava reysilə səfərə çıxıb. Təmsilçimiz Polşa paytaxtından "Yagelloniya"nın təmsil etdiyi Belostok şəhərinə avtobusla gedəcək.
"Qəbələ" ilə "Yagelloniya" arasında Bakıda keçirilən ilk matçda qalib müəyyənləşməyib - 1:1.
| Paylaş: