2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün Boluya yollanıb.
Səhər saatlarında Bakıdan İstanbula yola düşən komanda əvvəlcədən planlaşdırdığı kimi VON Resort Hotelinə gəlib.
"Sumqayıt" qonşu ölkədə ilk məşqinə axşam 17:30-da çıxacaq.