"Çelsi"dən 45 milyonluq transfer
Paylaş:
"Çelsi” “Monako”nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir. Klublar arasında hərtərəfli razılıq əldə olunub.
Bu gün Londona yollanan fransalı futbolçu sabah tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 5 illik olacaq.
“Çelsi”nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir.
| Paylaş: