')

Bu gün:


FutbolPress.Az | "Barselona" yetirməsini geri qaytardı - RƏSMİ

"Barselona" yetirməsini geri qaytardı - RƏSMİ


oxunma sayı: 163 Paylaş:

FutbolPress“Barselona” yay transfer pəncərəsində ikinci transferini reallaşdırıb.

Daha əvvəl müqavilə ilə “Everton”a məxsus olan Jerar Deulofeu yetişdiyi kluba geri dönüb. İspaniya millisinin üzvü kataloniyalılarla 2 illik müqavilə bağlayıb. 

23 yaşlı vinger son mövsümü icarə əsasında “Milan”da keçirib. O, “qırmızı-qaralar”ın heyətində 16 oyunda 4 qol vurub.

2013-cü ildə “Barselona” Deulofeunu “Everton”a geri satınalma opsiyası ilə birgə göndərmişdi. Bu keçiddə məhz həmin şərtdən istifadə edib.


oxunma sayı: 163 | Paylaş:




?>