"Qarabağ" potensial rəqibini tanıdı
Paylaş:
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən və 14:00-da başlayan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib.
Ağdam klubu II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu mübarizədən kənarlaşdıracağı halda növbəti raundda "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ”la “Samtredia” arasında Bakıda keçirilmiş ilk oyun təmsilçimizin böyük hesablı qələbəsiylə başa çatıb – 5:0. "Şerif"lə "Kukesi"nin ilk matçı isə birincilərin minimal hesablı qalibiyyəti ilə yekunlaşıb - 1:0.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu
“Slaviya” (Çexiya) - BATE (Belarus) - “Alaskert” (Ermənistan) cütünün qalibi
“Spartak” (Latviya) - “Astana” (Qazaxıstan) cütünün qalibi - “Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) cütünün qalibi - “Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi
“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi - “Malmö” (İsveç) - “Vardar” (Makedoniya) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya) cütünün qalibi - “Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi
“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi - “Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
“Vitorul” (Rumıniya) - APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq) cütünün qalibi
“Hibernians” (Malta) - “Zalsburq” (Avstriya) cütünün qalibi - “Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) - “Samtredia” (Gürcüstan) cütünün qalibi - “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi
“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi - “Olimpiakos” (Yunanıstan)
Qeyri-çempionlar yolu
“Styaua” (Rumıniya) - “Viktoriya” (Çexiya)
“Nitsa” (Fransa) - “Ayaks” (Hollandiya)
“Dinamo” (Kiyev, Ukrayna) - “Yanq Boyz” (İsveçrə)
AEK (Yunanıstan) - MOİK (Rusiya)
“Brügge” (Belçika) - “Başakşehər” (Türkiyə)
| Paylaş: