')

Bu gün:


FutbolPress.Az | 21-ci yer əldən getdi - UEFA reytinqi

21-ci yer əldən getdi - UEFA reytinqi


oxunma sayı: 499 Paylaş:

FutbolPressAvropa Liqasında II təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Qeydə alınan nəticələr Azərbaycanın mövqeyinə təsirsiz ötüşməyib. Ölkəmiz siyahıda 1 pillə geriləyib.

Buna klublarımızın uğursuz çıxışı səbəb olub. "Qəbələ"nin doğma meydanda Polşa "Yagelloniya"sı ilə heç heçə (1:1) etməsi, "Zirə"nin Rumıniyada "Astra"ya uduzması (1:3) mümkün 0.500 xaldan hesabımıza cəmi 0.125 xal yazdırıb. Bu isə ölkəmizin klub reytinqində 21-ci yeri əldən verilməsinə səbəb olub..

Hazırda Azərbaycan 16.375 xalla 22-ci pillədədi. Ölkəmizi geridə qoyan isə Kipr olub. Azərbaycandan bir pillə geridə olan Belarusun da xalı bizimkilərlə bərabərləşib.

Beləliklə, ölkənin 21-ci pillədə qərarlaşması cəmi 2 gün çəkib.


oxunma sayı: 499 | Paylaş:





?>