“Lill”in futbolçusu Sebastyan Korşia karyerasını İspaniyada davam etdirəcək.
Sağ cinah müdafiəçisi “Sevilya” ilə anlaşıb. 26 yaşlı fransız oyunçu 2021-ci ilə qədər əndəlüslülərin uğurları üçün çalışacaq.
Bu keçid “Sevilya”ya 5 milyon avroya başa gəlib.