')

Bu gün:


FutbolPress.Az | Bender qardaşları yenidən eyni klubda

Bender qardaşları yenidən eyni klubda


oxunma sayı: 119 Paylaş:

FutbolPressDortmund “Borussiya”sının futbolçusu Sven Bender komandadan ayrılıb. 28 yaşlı dayaq yarımmüdafiəçisi digər Bundesliqa təmsilçisi “Bayer Leverkuzen”ə keçib.

“Aspirinlər” Almaniya millisinin üzvü üçün qarşı tərəfə 15 milyon avro ödəyib. 4 illik müqaviləyə imza atan Sven Bender leverkuzenlilərin heyətində əkiz qardaşı Lars Benderlə bir yerdə top qovacaq.

Qardaşlar daha əvvəllər 2006-2009-cu illərdə “Münhen 1860”da komanda yoldaşı olub.


oxunma sayı: 119 | Paylaş:





?>