')

Bu gün:


FutbolPress.Az | Azərbaycan - Avropanın 5-cisi

Azərbaycan - Avropanın 5-cisi


oxunma sayı: 544 Paylaş:

FutbolPressAzərbaycan klubları 2017/18 mövsümü üçün Avropanın ən uğurlu çıxış edən komandalarıdı.  Keçirilən 6 matçın hamısında qələbə qazanan təmsilçilərimiz ölkənin aktivinə 1,500 reytinq xalı əlavə ediblər. Bu da mövsüm üçün ilk "5-lik"də qərarlaşmağımıza imkan verib.

Son mövsümün qazancına görə Azərbaycan yalnız İngiltərə, Almaniya, İspaniya və Lixtenşteyndən geri qalır. Əslində isə qələbə sayında onların hamısını qabaqlayır. Məsələ burasındadı ki, adıçəkilən ilk 3 ölkənin təmsilçiləri hələ oyunlarını keçirməyiblər və bu xallar həmin ölkə klublarının birbaşa qrup mərhələsində olmasına görə verilib. Sonuncunun isə yalnız bir komandası avrokuboklarda iştirak etdiyi üçün hər qələbəsi 1 reytinq xalı ilə qiymətləndirilir.

Azərbaycan klubları buna qədər keçirilən 6 matçın hamısında qələbə qazanıblar. 4 komandanın iştirak etməsi hər qalibiyyətə görə 0,250 xalın verilməsinə səbəb olub. 1,500 reytinq xalı isə cari mövsümün nəticələrinə görə ölkəni 5-ci ən güclü edib.

İlk "5-lik"
İngiltərə - 2, 285
Lixtenşteyn - 2,000
İspaniya - 1, 1714
Almaniya - 1, 1714
Azərbaycan - 1, 5000

Azərbaycan hazırda ümumi UEFA reytinqində 16, 250 xalla 21-ci yerdə qərarlaşıb.


oxunma sayı: 544 | Paylaş:





?>