')

Bu gün:


FutbolPress.Az | Azərbaycan mövqeyini möhkəmləndirdi - UEFA reytinqi

Azərbaycan mövqeyini möhkəmləndirdi - UEFA reytinqi


oxunma sayı: 410 Paylaş:

FutbolPressUEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Avrokubokların II təsnifat mərhələsinin dünən keçirilən matçlarından sonra cüzi dəyişikliklər olub.

Azərbaycan isə mövqeyini möhkəmləndirib. "İnter"in Bakıda Lüksemburq “Fola”sını 1:0 hesabı ilə məğlub etməsi ölkəmizin hesabına daha 0,250 xal gəlib. Mövsümün arxada qalan hissəsindəki qazancımız 1,500-ə çatıb.

Bununla ümumi reytinq xalımız 16,250-yə yüksəlib. 21-ci pillədə qərarlaşan Azərbaycan bu göstərici ilə izləyicilərindən də uzaqlaşıb.

Dünənki görüşlərədək Belarus və Bolqarıstanla eyni xala malik olan ölkəmiz artıq xal fərqində də onlardan üstündü. Buna BATE və "Ludoqorets"in xal itkiləri səbəb olub. Hazırda Belarusun 16,125, Bolqarısanın isə 16,000 xalı var.




oxunma sayı: 410 | Paylaş:




?>