')

Bu gün:


FutbolPress.Az | "İnter" artıq zavallı klub obrazından çıxarılmalıdı (KİÇİK QEYD)

"İnter" artıq zavallı klub obrazından çıxarılmalıdı (KİÇİK QEYD)


oxunma sayı: 722 Paylaş:

FutbolPressBakı "İnter"inin son üç ili turbulensiyalarda keçdi. Kluba transfer qadağası, maliyyə böhranı, himayəçidən məhrumolma... nəhayət, yarandığı gündən məskunlaşdıqları "İnter Arena"ı da tərk etməyə məcbur oldular.

Ancaq bunlar artıq geridə qalmış məsələlərdi. Klubun Müşahidə Şurasının sədri, de-fakto isə idarəçisi/himayədarı Zaur Axundov bunu belə deyir.

Ən pis vaxtında da ölkə çempionatında avrokubokluq pillə tutan keçmiş "bankirlər", üstəlik, Avropa Liqasında bir mərhələ də adlayıb (- "Mladost" 3:0, 2:0), ikincisinin ilk oyununda da qalib gəlib - "Fola" (Lüksemburq) 1:0.

Bundan əvvəlki qeydlərimizdə bildirmişdik, "İnter" futbolda pulun çox şey olmadığını, doğru sistemin ən vacib detal kimi isbatladı öz durumuyla. Bunda klubun bundan əvvəlki rəhbərliyi, çalışdırıclar böyük rol oynamışdı.

***               ***                ***

İndi "İnter" yeni mərhələyə qədəm qoyur. Zaur Axundov "Fola" ilə qarşılaşmadan sonra brifinqdə jurnalistlərə bildirib ki, "Dalğa Arena" onları tam qane edir, ürəklərincədi, bir az da düzüb-qoşsaq, yəni hər şey pakizədi, əntiqədi. Lap yaxşı.

Üstəlik, "Heç bir maliyyə problemi yoxdur" deyib. Olsun! Təki! Nə gözəl...

Axundovlu yeni sistem bunu iddia edir. Bizə də qalır, "İnter"i daha məzlum obrazda göstərməmək. Ümumiyyətlə, maliyyə problemi olmayan klub hər şeyə qadirdir. Yetər ki, işlər peşəkar qurulsun. Bizdən nə gedir; baxaq, görək...

Elçin Cəlilov


oxunma sayı: 722 | Paylaş:





?>