')

Bu gün:


FutbolPress.Az | Axundov "Dalğa Arena"nı daha əlverişli sayır: "Şəhərə yaxındı"

Axundov "Dalğa Arena"nı daha əlverişli sayır: "Şəhərə yaxındı"


oxunma sayı: 322 Paylaş:

FutbolPress“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Lüksemburq “Fola”sı ilə ilk oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Sanki "Mladost"la oyunlardan daha çətin oldu...
- Avrokuboklarda zəif komanda qalmayıb. Rəqib ilk mərhələdə Moldova klubunu mərhələdən kənarlaşdırıb. Asan olmayacağını bilirdim. Hər oyun eyni səviyyədə keçə bilməz. 6 gün əvvəl ağır oyunumuz oldu. Eyni heyətlə oynayırıq və transferlərimiz yoxdu. Bütün yük eyni futbolçuların çiynində olur. Sevindirici haldı ki, 3 oyun keçirmişik və qapımızdan qol buraxmadan qalib gəlmişik. Əsas məqsədimiz cavab oyununa yaxşı hazırlaşmaqdı. Bunun üçün 8 gün vaxtımız var.

- Komandanın uyğunlaşması üçün Lüksemburqa səfərin bir qədər tez olması mümkündü?
- Oyundan 2 gün öncə getmək istəyirik. Belə planlaşdırmışıq.

- 5-ci gün potensial rəqibiniz bəlli ola bilər. Bu barədə düşünürsüz?
- Mənim üçün fərqi yoxdu. Bu barədə fikirləşməmişəm. Mən futzalda da optimist insana. Bunu çox gözəl bilirsiz. Mərhələ adlamayınca heç nə deməyəcəm. Lüksemburq klubunu keçmək asan olmayacaq. Heyətdə zədəli oyunçular da var. İndi bütün düşüncəmizi cavab oyununa yönəltməliyik.

- Komandanın son durumu necədi? Maliyyə, baza problemi...
- Maliyyə baxımından heç bir problemi yoxdu. Bazaya gəlincə, bu da həllini tapıb. AFFA-nın gül kimi stadionu var. Dünya və Avropa səviyyəli stadion və bazadı. Ot örtüyü də standartlara uyğundu. Üstəlik şəhərə yaxındı və toplanışlar üçün əlverişlidi. Bizim üçün "Dalğa Arena" daha əlverişlidi.


oxunma sayı: 322 | Paylaş:




?>