')

Bu gün:


FutbolPress.Az | Avrokuboklarda ən uzun “quru” seriya – “İnter” “Qarabağ”ı geridə qoydu

Avrokuboklarda ən uzun “quru” seriya – “İnter” “Qarabağ”ı geridə qoydu


oxunma sayı: 677 Paylaş:

FutbolPressBakının “İnter” klubu Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq “Fola”sı ilə qarşılaşıb. “Dalğa Arena”da keçirilən görüş təmsilçimizin qələbəsiylə nəticələnib – 1:0.

Bu oyun “İnter”in yeni rekorda imza atması ilə əlamətdar olub. Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv Azərbaycan klublarının avrokuboklarda ən uzun “quru” seriyasını müəyyənləşdirib. “İnter” ardıcıl 4 oyundur ki, qapısında qol görmür.

Bu seriya 2015/16 mövsümündə başlayıb. Bilbao “Atletik”i ilə Bakıda keçirilən oyunda qapısını toxunulmaz saxlayan komanda bu mövsüm də “Mladost” (3:0, 2:0) və “Fola” ilə matçlarda uğurlu seriyanı davam etdirib.

“İnter”in sonuncu qolu “Atletik”lə səfər oyunu nun 49-cu dəqiqəsində buraxdığını nəzərə alsaq, hazırda sabiq “bankirlər” 401 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır. Bu isə klublarımızın ən yaxşı göstəricisindən (“Qarabağ”: 324 dəqiqə) 77 dəqiqə artıqdır.

“İnter”in müdafiə xəttində etibarlı oyunu “Fola” ilə cavab matçında da bu seriyanı davam etdirmək imkanlarını yüksək edir.

"FutbolPress"



oxunma sayı: 677 | Paylaş:




?>