"Milan"da "Donnarumma derbisi"
Paylaş:
“Milan” heyətinə daha bir futbolçu cəlb edib. İtaliya təmsilçisi Yunanıstanın “Asteras Tripolis” klubunun qapıçısı Antonio Donnarummanı rənglərinə bağlayıb.
“Qırmızı-qaralar” 27 yaşlı qolkiperlə 4 illik müqavilə imzalayıb.
“Milan”ın yetirməsi olan “çərçivə qoruyucusu” “rossoneri”nin digər qapıçısı Canluici Donnarummanın böyük qardaşıdır. Bu baxımdan növbəti mövsüm komandanın qapı xəttindəki rəqabəti "Donnarumma derbisi" də adlandırmaq olar.
| Paylaş: