')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" "İnter"ə şərik oldu, öz rekordunu yenilədi

"Qarabağ" "İnter"ə şərik oldu, öz rekordunu yenilədi


oxunma sayı: 310 Paylaş:

FutbolPress"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna qalib gəlib - 5:0. Bu, Azərbaycan klublarının avrokuboklarda ən böyük hesablı qələbəsinin təkrarı olub. Bununla da ağdam klubu Bakı "İnter"inə şərik olub.

Buna qədər yalnız keçmiş "bankirlər" bir oyunda 5 top fərqiylə qələbə qazanmağı bacarıb. Həmin hadisə 2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində baş verib. "İnter" Estoniya "Narva"sına səfərdə 5 cavabsız qolla qalib gəlib. Ondan əlavə yalnız "Qəbələ" ötən mövsüm "Samtredia"nın qapısından 5 top keçirib. Ancaq həmin zaman Gürcüstan təmsilçisi də bu qollardan birinin əvəzini çıxıb.

"Süvarilər" Çempionlar Liqasında isə yeni rekorda imza atıblar. Buna qədər heç bir təmsilçimiz qitənin ən nüfuzlu klub turnirində bir oyunda 5 top fərqilə qalib gələ bilməyib.

"Samtredia" ilə matça qədərki ən böyük hesablı nəticə 4:0 olub ki, həmin qələbə də "Qarabağ"ın aktivindədi. Ağdam klubu 2014/15 mövsümündə ÇL-in II təsnifat mərhələsində Maltanın "Vardar" klubunu Bakıda 4 cavabsız qolla məğlub edib.

Üçüncü ən böyük hesablı qələbə 3:0 olub. Bu, 2012/13 mövsümündə baş verib. Həmin zaman da rəqib indiki kimi Gürcüstan klubu olub. "Neftçi" Bakıdakı oyunda "Zestafoni"nin qapısından 3 cavabsız top keçirib.


oxunma sayı: 310 | Paylaş:





?>