')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Belarus və Bolqarıstanı geridə qoydu – UEFA reytinqi

Azərbaycan Belarus və Bolqarıstanı geridə qoydu – UEFA reytinqi


oxunma sayı: 485 Paylaş:

FutbolPressÇempionlar Liqasında II təsnifat mərhələsinin dünən keçirilən oyunlarından sonra yeni UEFA reytinqi açıqlanıb.

“Qarabağ”ın Bakıda Gürcüstanın  “Samtredia” klubuna qalib gəlməsi (5:0)  Azərbaycanın mövqeyinə təsir edib. Bu nəticə ilə ölkəmiz 2 pillə irəliləyib.

Son çempionun qələbəsi hesabımıza 0,250 xal gətirib. Bununla da ötən siyahıda 15,750 xalla Avropanın 23-cüsü olan Azərbaycan əmsalını 16,000-a çatdırıb. Nəticədə Belarus və Bolqarıstan geridə qalıb. Bu ölkələrin komandaları oyun keçirmədikləri üçün reytinq xalı əvvəlkitək 16,000-dır. Əlavə göstəricilərə görə isə Azərbaycan 21-ci yerə yüksəlib.

Avrokuboklarda II təsnifat mərhələsi başa çatdıqdan sonra da ölkəmiz 22-ci olaraq qala bilər. Bu, Çempionlar Liqası Avropa Liqasının II təsnifat mərhələsində bu gün və sabah keçiriləcək oyunlardan asılıdır.


oxunma sayı: 485 | Paylaş:





?>