')

Bu gün:


FutbolPress.Az | Azərbaycan klublarından görünməmiş qələbə seriyası

Azərbaycan klublarından görünməmiş qələbə seriyası


oxunma sayı: 412 Paylaş:

FutbolPressAzərbaycan klubları avrokuboklarda ən uğurlu qələbə seriyasına imza atıblar. Bu, 2017/18 mövsümünün Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərində ilk 5 oyundan sonra baş verib.
 
Bütün matçlarda qalib tərəf olan təmsilçilərimiz AL-in I mərhələsindən sonrakı rekord seriyanı daha da uzadıblar. Azərbaycan klubları ardıcıl qələbə seriyasını 5 oyuna çatdırıblar. Buna qədər qeydə alınan nəticələr belədir:
 
Avropa Liqası I təsnifat mərhələsi
“Zirə” – “Differdanj” (Lüksemburq) 2:0, 2:1
“İnter” – “Mladost” (Serbiya) 3:0, 2:0
 
Çempionlar Liqası II təsnifat mərhələsi
“Qarabağ” – “Samtredia” (Gürcüstan) 5:0
 
1994/95 mövsümündən qitəmiqyaslı turnirlərdə çıxış edən Azərbaycan klubları keçən mövsümlərdə maksimum 3 ardıcıl görüşdə qələbə sevinci yaşamağı bacarmışdılar. Bu 2014/15 mövsümündə baş vermişdi. Həmin vaxt da uğurlu seriya AL-in I təsnifat mərhələsində və ÇL-in II raundunda qeydə alınmışdı:
 
Avropa Liqası I təsnifat mərhələsi
“İnter” – “Tiraspol”(Moldova) 3:2, 3:1
 
Çempionlar Liqası II təsnifat mərhələsi
“Qarabağ” – “Valetta” (Malta) 1:0
 
Bu uğurlu seriyanı Avropa Liqasının II təsnifat mərhələsində evdə Sloveniya “Koper”inə 1:2 hesabı ilə uduzan “Neftçi” pozmuşdu. "Ağ-qaralar"ın məğlubiyyəti olmasa, həmin zaman daha uzun seriya qeydə alına bilərdi. Çünki "Qarabağ" cavab oyununda da "Valetta"nı məğlub etmişdi - 3:0.
 
İndi isə təmsilçilərimiz qələbə seriyasını daha da artıra bilər. “İnter”in bu gün Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq “Fola”sı ilə oyunda qələbə şanslarının yüksək olması ardıcıl 6-cı qələbəni əlçatan edir.


oxunma sayı: 412 | Paylaş:





?>