')

Bu gün:


FutbolPress.Az | "Gürcüstana turist kimi getməyəcəyik" - Əmrah Çəlikəl

"Gürcüstana turist kimi getməyəcəyik" - Əmrah Çəlikəl


oxunma sayı: 225 Paylaş:

FutbolPressÇempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" doğma meydanda Gürcüstanın "Samtredia" klubunu darmadağın edib - 5:0.

Matçdan sonra Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl görüş barədə fikirlərini bildirib. O, qeydə alınan nəticəyə baxmayaraq, qarşıda hələ daha 90 dəqiqənin olduğunu və səfərə turist kimi getməyəcəklərini deyib:

"Açığı yox belə böyük hesablı qələbəni gözləmirdik. Bu bizim üçün də sürpriz oldu. Amma hesabın böyüklüyünə görə arxayınlaşmağı məsləhət görmürəm. Qarşıda daha 90 dəqiqə var. Gürcüstana turist kimi getməyəcəyik. Heç vaxt səfərə gəzmək üçün getmirik. Bütün oyunlara ciddi yanaşırıq".

İcraçı direktor yeni transferlərin çıxışı barədə də fikirlərini bildirib.

"Yeni transferlərin oyununa gəlincə, hamı necə, mən də elə. Təbii ki, razı qaldıq. Yeni oyunçular üçün axtarışlarımız davam edir. Qurban müəllim hansı mövqelərə ehtiyac olduğunu yaxşı bilir".


oxunma sayı: 225 | Paylaş:




?>