')

Bu gün:


FutbolPress.Az | AFFA-dakı "soyuq müharibə" yeni mərhələdə (YAZI)

AFFA-dakı "soyuq müharibə" yeni mərhələdə (YAZI)


oxunma sayı: 1460 Paylaş:

FutbolPressDünən AFFA-nın baş katibi Elxan Məmmədovun "Report"da məqaləsi dərc olunub. "Bu qədər idman KİV-i yox, niyə məhz "Report"?" sualına cavabı müvəqqəti təxirə salıb, keçək məsələnin problemtikasına.

Məmmədov məqaləsində videotəkrarın tətbiqini təqdir edir, Azərbaycanda da bunun vacibliyini qabardır. Sitat: "Əminəm ki, Azərbaycan futbol ictimaiyyətində təbii olaraq belə bir sual ortaya çıxacaq ki, niyə Premyer Liqamızda VAR sistemi test olaraq tətbiq edilməsin?!
Bu sistemin tətbiqi üçün əlavə maliyyə mənbəyinə və mütəxəssislərə ehtiyac var".


OK, pakizə!

İcazənizlə, yaxın  və uzaq keçmişə lakonik ekskurs edək. Martda AFFA-nın Hesabat Konfransında Elxan Məmmədova belə bir sual verilmişdi: "UEFA İcraiyyə Komitəsinin İdarə Heyətinə seçkidə iştirak edəcəksiniz, ancaq platformanız hələ Azərbaycan ictimaiyyətinə bəlli deyil". Cavabında bildirmişdi ki, "Ehtiyac varsa, platformanı mətbuatda dərc edəcəyik".

Yəni məqalə yazmaq, planlarını mətbuatda dərc etdirməyə özünün dediyi kimi, skeptik yanaşan Elxan bəyin videotəkrar mövzusunda hövlnak, təxirəsalınmaz davranmasının səbəbi görəsən nədi? 

***               ***               ***

Bilirsiniz ki, son ərəfələr mediada Elxan Məmmədovun yarıtmaz fəaliyyətinə həsr olunan ən müxtəlif ifşalar yazılır. Belədə hədəfə gələn baş katibin təmkinli, soyuqqanlı, laqeyd obrazına sadiq qala bilmədiyi bəzi detallarda özünü aşkar büruzə verir. Məsələn, elə bugünlərdə əlamətdar canfəşanlıqla bildirib ki, haqqımda yazılanlar hardansa sifariş olunur.

Bu məqam onun ətrafına güvənmədiyini, informasiya mənbələrinin hazırlıqlı olmadığını aşkara çıxarır. Ona görə də təyini yanlış olan diaqnozlar qoymaqla büründüyü narahatlığı daha da dərinləşdirmiş olur.

***               ***               ***

Məmmədovun sonuncu dəfə məqalə yazdığını kim xatırlayır?
Yaddaşımın "arxiv idarəsini" hərəkətə gətirsəm də, nəticə hasil olmadı. Siz bilirsinizsə, açın, baxın. Görün nədən yazıb/yazıbsa, son məqaləsindəkitək
narahatlıq olubmu əvvəlkilərdə...


İyunun 2-də "İdman Azərbaycan"da qonaq olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev videotəkrarın lehinə olmadığını bildirmişdi. Ondan bir müddət sonra "sport24"ə müsahibəsində də mövzu haqda neqativ danışmışdı. Sitat: “Zirə” – “Differdanj” oyunun rusiyalı qadın komissarı mənə sual verdi ki, videotəkrara münasibətin necədi? Dedim, mənfi. Çünki belədə, futbolun marağı itir. Güləşdə balışı atırlar ortalığa və hamı cavab gözləyir".

...Və Məmmədovun məqaləsi. İndi aydın olurmu?

Baş katib düşünür ki, Ramin Musayev onun qol-qanad açması, futbol industriyasını tamamilə inhisarına almasına mane ola biləcək ən böyük qüvvədir, ona görə də yüzildənbir məqalə yazan qəhrəmanımız Musayevə birbaşa əks mövqedə olan fikirləri tezis kimi təqdim edir. Özü də "Report"da - Rövnəq Abdullayevin himayəsində olan saytda.

"Soyuq müharibə" başqa fazada davam edir və yeni sürət yığıb. "Belə asanlıqla bu nəticəyə gəldiniz?" deyə məqaləni oxuyarkən sizdə sual yarandısa, son prosesləri diqqətinizə ərz edək. PFL-in büdcəsi, təxminən, ikiqat azaldılıb. Və bu, Elxan Məmmədovun təşəbbüsü ilə baş verib. Məlumatın səhihliyi və proseslərin hansı nəticələrə səbəb olduğunu uzaq olmayan gələcəkdə görəcəksiniz. Tərəflər arasında pərdələnmiş  çəkişmə hansı fəsadlara/itkilərə yol açacaq - izləyirik...


Elçin Cəlilov


oxunma sayı: 1460 | Paylaş:




?>