')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin çoxlu transfer etməsi o demək deyil ki, komanda güclənib"

"Qəbələ"nin çoxlu transfer etməsi o demək deyil ki, komanda güclənib"


oxunma sayı: 270 Paylaş:

FutbolPressAvropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq "Yagelloniya"nın baş məşqçisi İreniuş Mamrot açıqlama verib. O, klubun rəsmi saytına açıqlamasında "Qəbələ" ilə görüşlərdən danışıb.

Mamrot "Qəbələ"ni yaxşı təhlil etdiklərini söyləyib: "Rəqibin Kiyev "Dinamo"su və "Ludoqorets"lə yoxlama oyunlarının videoyazısına baxmışam. Əlbəttə ki, güclü komandadır. Ancaq biz onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".

Mütəxəssis "qırmızı-qaralar"ın çoxlu transferlər etməsinin hələ komandanın güclənməsi demək olmadığını deyib:

"Qəbələ"ni tanıyırıq. Böyük büdcəyə və yaxşı heyətə sahib klubdur. Komanda fasiləsində 9 oyunçu transfer edib. Ancaq bu o demək deyil ki, onlar komanda gücləndiriblər. Çünki yeni futbolçulara kollektivə uyğunlaşmaq üçün vaxt lazım olacaq".

Baş məşqçi "Qəbələ"nin yeni transferlərinin hamısının start heyətində meydana çıxmasını arzulayır: "Yeni oyunçuların hamısının start heyətində meydana çıxması lehimizə olardı. Çünki çox az müddət bir yerdə olublar və kollektivin formalaşması vaxt tələb edir. Bu da bizə əlavə şans yaradır”.


oxunma sayı: 270 | Paylaş:




?>