')

Bu gün:


FutbolPress.Az | PFL - 9

PFL - 9


oxunma sayı: 448 Paylaş:

FutbolPressPeşəkar Futbol Liqasının (PFL) yaranması günüdü.  2008-ci ilin iyulun 2-də yaradılan qurumun bu gün 9 yaşı tamam olur.

PFL AFFA-nın inzibati binasında keçirilmiş iclas zamanı assosiasiyanın prezidenti Rövnəq Abdullayev tərəfindən yaradılıb. İlk gündən quruma Ramin Musayev rəhbərlik edir. O, bu vəzifəyə 3-cü dəfə seçilib.

PFL-in bu müddətdə əsas fəaliyyəti daxili yarışların keçirmək təşkil edir. Topaz Premyer Liqası, I Divizion və Azərbaycan kubokunu keçirən qurum bir sıra yeniliklər etməsi ilə də seçilib.  Bundan başqa, uzun fasilədən sonra bərpa olunan ənənələr də qeyd edilməlidi. Əvəzedicilərin çempionatı, habelə 1 dəfə keçirilən Azərbaycan Super Kuboku buna misaldı.

PFL-in yaranmasından sonra çempionatımızın səviyyəsinin qalxması klubların nəticələrində də əksini tapıb. Avrokuboklarda qazanılan bütün uğurlar məhz son 8 ilə təsadüf edib. Bunun da sayəsində Azərbaycan UEFA son sıralardan qurtularaq ldən-ilə daha yüksək mövqelərə qalxır. Belə ki, ölkəmiz 9 il əvvəl UEFA reytinqində 42-ci idisə, bu müddətdə 18 pillə irəliləyərək, 24-cü yerə qalxıb. Bu gün də qurum öz fəaliyyətini peşəkar səviyyədə davam etdirir.


oxunma sayı: 448 | Paylaş:




?>