')

Bu gün:


FutbolPress.Az | Muaremin yeni klubu bəlli oldu

Muaremin yeni klubu bəlli oldu


oxunma sayı: 364 Paylaş:

FutbolPress"Qarabağ"dan ayrılan Muarem Muaremin yeni klubunun adına aydınlıq gəlib.

Makedoniyalı futbolçu Türkiyədə oynayacaq. O, "Qarabağ"ın sabiq futbolçusu Reynaldonun da formasını geyindiyi "Adanaspor" klubu ilə anlaşıb.

Qonşu ölkə mətbuatının yaydığı xəbərə görə, artıq tərəflər arasında razılıq əldə olunub. Yarımmüdafiəçi yaxın günlərdə Adana təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Muarem daha əvvəl Türkiyədə "Orduspor" və "Əskişəhərspor"un formasını geyinib. Yeni klubu "Adanaspor" növbəti mövsümdən I Liqada oynayacaq.


oxunma sayı: 364 | Paylaş:




?>