')

Bu gün:


FutbolPress.Az | "Onun rəhbərliyi altında oynamaq hamımız üçün xoş idi" - Nazarov

"Onun rəhbərliyi altında oynamaq hamımız üçün xoş idi" - Nazarov


oxunma sayı: 285 Paylaş:

FutbolPressAzərbaycan millisinin və Almaniyanın "Aue" klubunun futbolçusu Dmitri Nazarov açıqlama verib.

O, komandanın sabiq baş məşqçisi Domeniko Todesko haqda danışıb. Nazarov Todeskonun rəhbərliyi altında oynamağın xoş olduğunu söyləyib:

"Çox düzgün və məlumatlı məşqçidir. Bəzən məni təəccübləndirirdi. Onun rəhbərliyi altında daha yaxşı çıxış etdim və komandam üçün faydalı oldum. Todeskonun gəlişindən sonra biz ancaq hücum futbolu nümayiş etdirdik və II Bundesliqada yerimizi qorudurq. Onun rəhbərliyi altında oynamaq hər futbolçu üçün xoş idi".

Todesko mövsümün gedişində "Aue"yə rəhbərlik etməyə başlamışdı və komandanı II Bundesliqada saxlamağa müvəffəq olmuşdu. İtaliyalı çalışdırıcı bir neçə gün əvvəl "Şalke" ilə müqavilə imzalayıb.


oxunma sayı: 285 | Paylaş:




?>